Xəbər lenti

Vikinqlər qədim amerikalılarla ticarət edirmiş - DNT analizi sübut etdi
Dünya 22:48 15.10.2024

Vikinqlər qədim amerikalılarla ticarət edirmiş - DNT analizi sübut etdi

Vikinqlər Kolumbdan əvvəlki dövrdə yerli Şimali amerikalılarla ticarət edən ilk avropalılar ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Arkeonews" arxeoloji xəbər portalı məlumat yayıb.

Alimlər muzeylərdə saxlanılan qədim morj dişlərinin DNT-sini analiz ediblər. Bu əşyalar Avropada yüksək qiymətləndirilirdi və tez-tez norveçlilər tərəfindən ticarət edilirdi. Onlar dişləri axtarmaq üçün Şimali Atlantika boyunca səyahət ediblər. Eyni zamanda İslandiya və Qrenlandiyada qəsəbələr salıblar. Araşdırma nəticəsində məlum olub ki, dişlərin əksəriyyəti Arktikadan gəlib.

"Həmişə güman edilirdi ki, norveçlilər Qrenlandiyanın cənub-qərbindəki əsas yaşayış məntəqələrinin yaxınlığında sadəcə morj ovlayırdılar", deyə alimlər bildirib.

Elm adamları ənənəvi Norveç qayıqlarında eksperimental səyahətlər edərək vikinqlərin ehtimal olunan marşrutlarını yenidən qurublar. Məlum olub ki, vikinqlər əslində o dövrdə inuitlərin və digər yerli xalqların məskunlaşdığı Amerika Arktikasına gedə bilirdilər. Morj və digər dəniz məməlilərini ovlayıblar.

Elm adamları dəqiq bilməsələr də, vikinqlərin morj dişləri əldə etmək üçün Şimali Amerikalılarla ticarət və ya mübadilə ilə məşğul olma ehtimalının yüksək olduğuna inanırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->