Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevin mahnılarını ələ salıb.
Qaynarinfo xəbər verir ki, sənətçiyə "Şourum" proqramında Manafın mahnısı dinləndirilib. O, isə həmkarının heç bir mahnısını bəyənmədiyini söyləyib:
"Bir dəfə birlikdə verilişdə idik. Manaf kağıza yazılmış sualları mənə ünvanlamalı idi. Kağızdan birini atdı kənara. Sonra soruşdum ki, nə yazılmışdı? Dedi ki, yazılmışdı, Manafın hansı mahnısını bəyənirsən? Bilirəm, deyəcəksən heç birini. Manaf dostumdur.
Bir dəfə dedi ki, təzə mahnı yazdırmışam, qulaq as. Qulaq asdım, 2 dəqiqədən sonra kimsə söz dedi, başladım söhbət etməyə. Qayıtdı ki, qulaq as. Cavab verdim ki, hamısı eyni şeydir. Bir dəfə Tolik demişdi: Manaf ancaq eyni oxuyur - "Bu qıza nə oldu. Bu qızın başına nə iş gəldi (gülür).
Manafın yanında olanda dodağım birləşmir, güldürür.
Soyuqluq Manaf tərəfdən idi, qəlbi uşaq kimidir. İncikliyini özü başa düşdü. Ad günümü təbrik etdi və hər şey bitdi".
Şərhlər