Rəssam Vinsent Van Qoqun nadir əsəri adlandırılan "Moored Kanolar" tablosu Honq-Konqdakı "Christie's" hərracında 27,6 milyon dollara satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat
yayıb.
Bildirilir ki, əsərəin satışdan əvvəlki qiyməti daha yüksək olub. Müstəqil sənət məsləhətçisi Aleksander Herrera onun 29,6 milyon dollardan 48,9 milyon dollara qədər satıla biləcəyini proqnozlaşdırırdı.
Niderlandlı rəssam Vinsent Van Qoq "Moored Kanolar" əsərini 1887-ci ilin yayında Parisdə çəkib.
Aydın
Şərhlər