Xəbər lenti

UNESCO məktəblərdə smartfonların tamamilə qadağan edilməsinə çağırır
Dünya 10:00 27.07.2023

UNESCO məktəblərdə smartfonların tamamilə qadağan edilməsinə çağırır

UNESCO məktəblərdə şagirdlərin smartfon istifadəsinə qlobal qadağa qoyulmasını tələb edən hesabat yayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Hesabatda deyilir ki, bu, təhsil prosesini yaxşılaşdırmağa, uşaqları diqqətini yayındıran faktorlardan uzaq tutmağa, onların emosional vəziyyətini yaxşılaşdırmağa və kiber zorakılıq hallarının sayını azaltmağa kömək edəcək.

Qeyd olunur ki, ümumiyyətlə, problem qadcetlərdən istifadə ilə məhdudlaşmır - təhsildə "insan üzərində diqqəti" saxlamaq və onu texnologiya ilə əvəz etməmək vacibdir.

UNESCO-nun baş direktoru Odri Azule bütün dünya qanunvericilərini təkcə bütövlükdə cəmiyyətdə deyil, həm də təhsildə müasir texnologiyalardan istifadəyə məhdudiyyətlərin tətbiqi zərurətinə diqqət yetirməyə çağırır.

"Onlardan təhsil prosesinin yaxşılaşdırılması, şagirdlərin və müəllimlərin rifahının yüksəldilməsi üçün istifadə edilməlidir, onların zərərinə deyil. Şagird maraqlarını birinci yerə qoyun və müəllimləri dəstəkləyin. Onlayn əlaqələr insan ünsiyyətini əvəz edə bilməz”, Odri Azule vurğulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->