Ukrayna və Rusiya minlərlə insanın ölə biləcəyi "ölümcül yay”la üz-üzədir, lakin tərəflərdən heç biri həlledici irəliləyişə nail ola bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.
Qeyd olunur ki, hazırda Ukrayna Müdafiə Qüvvələrinin əsas vəzifəsi Qərb silahlarından istifadə etməklə mövqe tutmaqdır.
Adı açıqlanmayan yüksək rütbəli Ukrayna təhlükəsizlik rəsmisi bildirib ki, Rusiya kiçik qazanclar üçün çox sayda əsgəri qurban verməyə davam edəcək.
Bundan əlavə, o, Rusiyanın Xarkova böyük hücumu üçün kifayət qədər qoşuna malik olmadığını iddia edir, çünki orada hərəkət edən qüvvələr cəbhənin digər bölmələrini zəiflədəcək.
WSJ yazır ki, hər iki tərəf qış öncəsi üstünlük əldə etmək üçün dərin zərbələr endirməyə çalışır. Beləliklə, Rusiya Federasiyası Ukraynanın enerji infrastrukturuna və Ukrayna Silahlı Qüvvələrinin müdafiə mövqelərinə hücum edir. Eyni zamanda, Ukrayna işğal edilən Krıma uzaqmənzilli raketlərlə hücum edir.
"Rusiya hələ də döyüş meydanında müəyyən nailiyyətlər əldə etsə də, hiss olunur ki, ukraynalılar vururlar, hərəkət edirlər və kifayət qədər strateji olaraq öz mövqelərini saxlayırlar”, deyə ABŞ Müdafiə Nazirliyinin anonim yüksək rütbəli rəsmisi qeyd edib.
Bildirilir ki, Rusiya ordusu şəxsi heyətin doldurulması nəticəsində itkiləri kompensasiya edə bilsə də, hazırda onların irəliləyişi ləng və proqnozlaşdırıla biləndir.
WSJ qeyd edib ki, Rusiyanın yayda genişmiqyaslı hücuma cəhd edib-etməyəcəyi ukraynalı strateqlər və Qərb müşavirləri üçün qeyri-müəyyən sual olaraq qalır.
Kəşfiyyat rəsmisi bildirib ki, Kiyev döyüş meydanındakı vəziyyətlə bağlı kifayət qədər yaxşı kəşfiyyat məlumatlarına malikdir və Rusiya qoşunlarının potensial hücum üçün toplaşdığını görə bilər.
Eyni zamanda, adı çəkilməyən təhlükəsizlik xidmətinin nümayəndəsi vurğulayıb ki, Ukrayna itkiləri kompensasiya etmək və müəyyən ehtiyatlar yaratmaq üçün kifayət qədər qüvvə toplaya bilib. Bununla belə, onun sözlərinə görə, istənilən iri hücuma başlamaq üçün bundan bir neçə dəfə çox canlı qüvvə tələb olunur.
Nizami Bağırov
Şərhlər