Xerson şəhərinin yeganə körpüsünü HIMARS atəş zərbələrindən sonra bağlanıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə "TASS” agentliyi məlumat yayıb.
Rusiyanın təyin etdiyi şəhər administrasiyası rəhbərinin müavini Kirill Stremousov "İnterfaks”a bildirib ki, Antonovski körpüsü mülki şəxslər üçün bağlanıb, lakin onun struktur bütövlüyü zərbələrdən dağılmayıb.
Daha sonra "TASS” yerli rəsmilərə istinadən xəbər verib ki, HIMARS körpünü hədəfə alıb. Bildirilir ki, körpünün dağıdılması cənub bölgəsini Rusiyadan geri almaq üçün Ukraynanın əks-hücum əməliyyatına başlaması üçün zəmin yaradır.
Nurlan
Şərhlər