Rusiya ordusu ukraynalı hərbçilər və mulki vətəndaşların olduğu "Azovstal” zavodu əraizisinə daxil olub.
Qaynarinfo bu barədə "Ukraynskaya Pravda” saytına istinadən
xəbər verir.
Mariupol şəhəri meri Vadim Boyçenko mətbuatda gedən xəbərləri qismən təsdiqləyib.
"Bu gün bizim qalamız "Azovstal" ərazisində ağır döyüşlər gedir. Ancaq çox çətindir. Əsgərlərimiz bu qalanı qoruyur, amma onlar ərazini ağır artileriya, tank, aviasiya və gəmilərdən vururlar”, deyə Boyçenko bildirib.
Ukrayna mətbuatı xəbər verir ki, rus ordusu dünən bir qrup mülki vətəndaşın ərazidən çıxarılmasından sonra zavodu bombalamağa başlayıb.
Nurlan
Şərhlər