Qərbin təchiz etdiyi artilleriya sistemləri artıq Ukrayna üçün quruda dəyişiklik yaradır.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Mikolayev vilayətinin qubernatoru
deyib.
Vilayət qubernatoru bildirib ki, Ukrayna qüvvələrinin cənubda əhəmiyyətli mövqeləri geri qaytarması sadəcə vaxt məsələsidir.
Mikolayev Qara dənizə əhəmiyyətli çıxışı olan iki vilayətdən biridir.
Vitali Kim Reuters agentliyinə bildirib ki, Ukrayna qüvvələri son həftələrdə qonşu Xerson vilayətində əks-hücum zamanı müəyyən uğur qazanıb.
Rusiya qüvvələrinə qarşı Qərb silahlarının quruda nə vaxt fərq yaratmağa başlayacağı ilə bağlı suala o, belə cavab verib: "Bu, artıq baş verir... və daha çox uğur qazanacağıq”.
"Söhbət artilleriyadan gedir. O, artıq bizim rayonda da işləyir”. Vitali orada hansı konkret Qərb artilleriya sistemlərinin işlədiyini söyləməkdən imtina edib.
Kiyev Rusiyanın Mikolayev və Zaporojiyaya yeni hücum riskinin olduğunu düşünür.
"Önümüzdəki aylarda onların Zaporojiya və Mikolayevə hücum etmək üçün müəyyən imkanları olacağını düşünürəm. Amma hələlik biz yenidən qruplaşma, hücum etmək üçün hər hansı böyük ordu görmürük", - Kim deyib.
Nurlan Hüseynov
Şərhlər