"Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, "qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanın "Puşkaş Akademiya” klubunun qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.
Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, "Qəbələ" iki görüşün nəticəsinə əsasən növbəti raunda yüksəlib. Komanda bu mərhələdə "Leççe" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.
Şərhlər