Xəbər lenti

Uber şirkəti barədə məxfi sənədlər yayıldı
Dünya 11:44 12.07.2022

Uber şirkəti barədə məxfi sənədlər yayıldı

Uber şirkətin lobbiçilik kampaniyasının bir hissəsi kimi istifadə oluna  biləcək hesabatlar hazırlamaq üçün Avropa və ABŞ-dakı yüksək profilli akademiklərə yüz minlərlə dollar ödəyib.
 
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə sayta ötürülən məxfi sənədlərdə deyilir.
 
"The Guardian”a sızdırılan minlərlə məxfi sənədlərdən ibarət olan Uber faylları, iqtisadi modelinin faydaları haqqında araşdırma dərc etmək üçün pul alan bir neçə aparıcı akademiklə sərfəli sövdələşmələri ortaya qoyur.

2014-2015-ci illərdə hakimiyyətin getdikcə daha sərt tədbirlər həyata keçirdiyi Fransa və Almaniyada ali məktəb iqtisadçıları hədəfə alınıb.

2016-cı ildə "Financial Times” hesabatında Uber-in "Fransa qadağalarından kənar bir yol" olduğuna dair sübut kimi 100.000 avroluq məsləhət haqqı istəyən bir fransız akademikinin hesabatı göstərilib.

Uber siyasi partiya kampaniyalarda geniş yayılmış üsullardan istifadə edərək, şirkət haqqında müsbət rəy yaratmağa kömək etmək üçün akademikləri və beyin mərkəzlərini hədəf alıb. Onlar şirkətin güya sürücülərin sevdiyi yaxşı maaşlı iş yerləri yaratması, istehlakçıları ucuz nəqliyyatla təmin etməsi və məhsuldarlığı artırması barədə müsbət imic yaradıb.

Məxfi sənədlər şirkətin lobbiçilərinin akademik tədqiqatlardan istifadə etməyi planlaşdırdıqlarını göstərir. Məqsəd Uber-in yayınmağa çalışdığı qaydaları dəyişdirmək niyyətilə təzyiqi artırmaq üçün tədqiqatdan istifadə etmək olub.

Fransada Tuluza İqtisadiyyat Məktəbinin professoru Auqustin Landier ilə 100.000 avro dəyərində məsləhətləşmə razılaşması müzakirə edilib. Landier Uber-in siyasət və kommunikasiya komandasına göndərdiyi məktublarda "Uber-in müsbət iqtisadi rolunu sübut etmək üçün birbaşa PR üçün hərəkətə keçə bilən” hesabat hazırlamağa razılaşıb.

Landier Fransanın ən yaxşı biznes məktəbinin digər yüksək profilli professoru, David Thesmar ilə əməkdaşlıq etməyi də təklif edib. 
 
Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->