Xəbər lenti

Türk analitik:
Dünya 14:40 25.11.2023

Türk analitik: "Britaniya münaqişənin uzanmasını istəyir, çünki böyük planları var"

"Böyük Britaniya ümid edir ki, Ukraynadakı münaqişə uzanacaq və Rusiya diqqətini bu sahəyə yönəldəcək, çünki Londonun Mərkəzi Asiya ilə bağlı böyük planları var".

Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində türkiyəli analitik Engin Özer deyib.

"Ötən il İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna arasında az qala sülh müqaviləsi imzalanacaqdı. Nümayəndə heyətləri hətta bir sıra sənədləri imzalayıblar, geriyə Ukraynanın rəhbəri Volodimir Zelenskinin imzasını almaq qalmışdı", deyə Engin Özer bildirib.

Onun fikrincə, əgər Zelenski həmin vaxt sazişi imzalasaydı, Rusiya-Ukrayna münaqişəsi çoxdan bitəcəkdi. Engin Özer bildirib ki, Ukraynanı ABŞ yox, Böyük Britaniya "təxribata çəkib" və Türkiyə tərəfinin bundan xəbəri var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->