Xəbər lenti

İdman 21:19 11.08.2024

"Turan Tovuz" "Sumqayıt"a qalib gəldi

Azərbaycan Premyer Liqasında II turun daha bir görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

Oyub meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 34-cü dəqiqədə Xəyal Nəcəfov qonaqların qapısından keçirib.

Bu nəticənin ardından qərb təmsilçisi baş məşqçi Kurban Berdıyevin rəhbərliyi altında ilk qalibiyyətini alıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->