Xəbər lenti

Tikinti şirkəti ilə arxitektura arasında torpaq qalmaqalı
Ekonomiks 15:55 26.10.2024

Tikinti şirkəti ilə arxitektura arasında torpaq qalmaqalı

Masazır qəsəbəsində yaşayış binaları inşa edən "Yeni Masazır" şirkəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, bu mübahisədən dolayı şirkət məhkəməyə müraciət edib. 

İddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Aynur Axundovanın icraatındadır. 

"Yeni Msazır" MMC 2014-cü ildən fəaliyyət göstərib. Şirkət 2024-cü ilədək Mənzil Tikinti Kooperativi (MTK) faəliyyət göstərib. Cari ildə təşkilati-hüquqi forması dəyişdirilib. 

Şirkətin qanuni təmsilçisi Dadaşov Şövqi Cabir oğludur. "Yeni Masazır" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Mərdanov qardaşları, ev 6, mənzil 8-də yerləşir. Bu ünvanda "Yeni Masazır-A" MTK da qeydiyyatdadır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->