Şotlandiyanın Edinburq şəhərinin rəhbərliyi pop ulduz Teylor Sviftin "Eras Tour" konserti öncəsi evsiz insanları taksi ilə başqa şəhərlərə daşıyıb.
Qaynarinfo xəıbər verir ki, bu barədə BBC məlumat
yayıb.
Tədbir iyunun 7-dən 9-dək baş tutacaq. Adətən Edinburqdakı otellər kimi müvəqqəti yaşayış yeri təklif edilən evsizlərin Qlazqo, Aberdin və digər yerlərə göndərildiyi qeyd edilir. "Shelter Scotland" xeyriyyə təşkilatı bildirib ki, Teylor Svift konserti evsiz insanları otellərə ehtiyacı olan turistlərlə "birbaşa rəqabətdə" qoyub. İctimai fəallar hakimiyyətin qərarını açıq-aşkar ədalətsizlik adlandırıblar.
Teylor Svift Edinburqda, 65 mindən çox tamaşaçı tutumuna malik "Murrayfield" stadionunda çıxış edəcək. Bir çox bileti olmayan fanatların da məşhuru görmək ümidi ilə stadionun kənarında dayanmaq üçün şəhərə axın etməsi gözlənilir.
Qeyd edək ki, 29 iyul 2023-cü ildə Teylor Svift pərəstişkarları onun Sietldəki konsertində rekord seysmik aktivliyə səbəb olublar. Bunun 2,3 bal gücündə zəlzələ ilə müqayisə oluna biləcəyi açıqlanıb.
Həmin ilin dekabrında müğənninin "Eras" filmi tarixdə ən çox kassa mədaxilinə görə Ginnesin Rekordlar Kitabına düşüb. Filmin gəliri 1 milyard dolları ötərək Elton Conun əvvəlki rekordunu (939 milyon dollar) qırıb.
Aydın
Şərhlər