Xəbər lenti

Teylor Sviftin konsertində terrora cəhd: İraqlı yeniyetmə saxlanıldı
Dünya 14:53 09.08.2024

Teylor Sviftin konsertində terrora cəhd: İraqlı yeniyetmə saxlanıldı

Avstriyada Teylor Sviftin konsertində həyata keçirilməsi planlaşdırılan terror aktı ilə bağlı aparılan araşdırmayla əlaqədar Vyanada 18 yaşlı İraq vətəndaşı saxlanılıb.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu barədə cümə günü, avqustun 9-da Avstriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, İraq vətəndaşı əsas şübhəli Şimali Makedoniya əsilli 19 yaşlı avstriyalı ilə eyni çevrədəndir.
Saxlanılan şəxsin də əsas şübhəli kimi İŞİD-ə beyət etdiyi deyilir, lakin onun planlaşdırılan hücumda iştirak edib-etmədiyi hələ ki məlum deyil.

Bundan əlavə, əvvəllər 17 və 15 yaşlı daha iki yeniyetmə saxlanılıb. Onlardan ikincisi artıq işdə şahid qismində iştirak edir.

Qeyd olunur ki, hücum edənlər Sviftin təxminən 20 min pərəstişkarının toplaşmalı olduğu konserti zamanı terror aktı törətməyi planlaşdırıblar.

Bu məlumatın ortaya çıxmasından sonra amerikalı pop ulduzun avqustun 8, 9 və 10-da Vyanada konsertləri nəzərdə tutulsa da, təhlükəsizlik səbəbilə ləğv edilib.

Şübhəli şəxs dindirmə zamanı bildirib ki, guya o, bıçaq və əldəqayırma partlayıcılardan istifadə edərək konsert məkanından kənarda "özünü və mümkün qədər çox insanı öldürmək” niyyətində olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->