Xəbər lenti

Teylor Svifti təhdid edən şəxs Almaniyadakı konsertlər bitənə qədər həbsdə qalacaq
Dünya 18:28 18.07.2024

Teylor Svifti təhdid edən şəxs Almaniyadakı konsertlər bitənə qədər həbsdə qalacaq

Almaniyadakı konsertindən əvvəl Teylor Svifti sosial şəbəkələrdə təhdid edən amerikalı saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə iyulun 18-də "Associated Press" məlumat yayıb.

Məlum olub ki, 34 yaşlı ABŞ vətəndaşı müğənninin Almaniyanın qərbindəki Gelzenkirxen şəhərindəki "Veltins Arena"da keçiriləcək ilk konsertinə bilet alıb. Şounun təşkilatçıları həmin şəxsin sosial şəbəkədə Svift və onun tərəfdaşını təhdid etdiyini biliblər və bu barədə yerli polisi xəbərdar etdilər. Nəticədə həmin şəxs girişdə biletlər yoxlanılakən saxlanılıb. Nəticədə 60 minə yaxın insanın iştirak etdiyi dünənki konsert sakit keçib. 

Qeyd edək ki, Svift Eras Turu çərçivəsində Gelzenkirxendə daha iki konsert verəcək. Onlar iyulun 18-i və 19-da baş tutacaq, yerli məhkəmə isə təqibdə ittiham olunan amerikalını iyulun 20-dək, yəni pop ikonasının şəhərdəki çıxışları bitənə qədər həbsdə saxlamağa qərar verib. Polis əlavə edib ki, Svift və onun izləyiciləri üçün heç bir təhlükə yoxdur.

Gelzenkirxendən sonra Svift Almaniyanın daha iki şəhərində - Hamburq və Münhendə konsertlər verməyi planlaşdırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->