Xəbər lenti

Teylor Svift saxta pornoqrafiyanın qurbanı oldu
Maqazin 16:20 26.01.2024

Teylor Svift saxta pornoqrafiyanın qurbanı oldu

Müğənni Teylor Svift dərin saxta pornoqrafiyanın qurbanı olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Süni intellektin yaratdığı şəkillərdə sənətçinin sevgilisi Travis Kelcenin oynadığı "Kansas City Chiefs" futbol komandasının matçında çılpaq şəkildə əks olunub.

Nəşrin müğənniyə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Teylor Svift buna görə qəzəblənib və ədəbsiz fotoya görə deepfake "Celeb Jihad" saytının müəlliflərini məhkəməyə vermək niyyətindədir.

"Onun mütləq hüquqi tədbir görüb-götürməyəcəyi hələ müəyyən edilir, lakin bir şey aydındır: bu saxta şəkillər zorakılıq, təhqiramiz, istismar xarakteri daşıyır və Teylorun razılığı və/yaxud xəbəri olmadan hazırlanıb", deyə mənbə bildirib.

Sviftin nümayəndəsi həmçinin vurğulayıb ki, ABŞ dərin saxtakarlığın yayılmasına qarşı sərt qanunlar qəbul etməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->