Xəbər lenti

Teylor Svift Pentaqon agentidir?
Dünya 13:52 12.01.2024

Teylor Svift Pentaqon agentidir?

"Fox News”un aparıcısı Cessi Uotters öz proqramında bildirib ki, təxminən dörd il əvvəl Pentaqonun psixoloji əməliyyatlar bölməsi məşhur amerikalı müğənni Teylor Svifti "aktiv”ə çevirməyi təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.

Uotters efirdə NATO birgə kiber müdafiə üzrə aparıcı təcrübə mərkəzi tərəfindən təşkil olunmuş 2019-cu il konfransından bir video nümayiş etdirib, orada tədbir aparıcısı Teylor Svifti güclü təsir agenti nümunəsi kimi göstərib. 

"Bu reallıqdır. Pentaqonun psixiatrik bölməsi NATO-ya Teylor Svifti internetdə dezinformasiya ilə mübarizə aparmaq üçün aktivə çevirməyi təklif edib”, - Uotters bildirib.

Pentaqonun sözçüsü Sabrina Sinqh, Sviftin hitlərindən birinə istinad edərək aparıcının açıqlamasını təkzib edib və bildirib ki, "bu sui-qəsd nəzəriyyəsinə gəlincə, biz bundan qurtulmağa başlayırıq”.

Xatırladaq ki, ABŞ-ın "Time” jurnalı məşhur amerikalı müğənni Teylor Svifti 2023-cü ilin adamı seçib.

Nəşr yazıb ki, "Teylor Sviftin bir rəssam kimi mədəni, tənqidi və kommersiya baxımından nailiyyətləri o qədər çoxdur ki, onları sadalamaq yersiz görünür”.

"Bir pop ulduzu kimi o, artıq Elvis Presli, Maykl Cekson və Madonna ilə yanaşı yer alır və bir mahnı müəllifi kimi onu Bob Dilan, Pol Makkartni və Conni Mitçelllə müqayisə edirlər. Bir iş qadını kimi o, bəzi hesablamalara görə 1 milyard dollardan çox dəyərində imperiya qurub”, deyə jurnalistlər vurğulayırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->