Xəbər lenti

Tel-Əviv Muzeyi Pikassonun və Klimtin əsərlərini bomba sığınacağında gizlədir
Sənət 18:50 17.08.2024

Tel-Əviv Muzeyi Pikassonun və Klimtin əsərlərini bomba sığınacağında gizlədir

Tel-Əviv İncəsənət Muzeyi Pablo Pikassonun və Qustav Klimtin qiymətli rəsmlərini bomba sığınacağında gizlədir.

Qaynarinfo xəbər verir ki, 2023-cü il oktyabrın 7-də baş verən terror hücumundan qısa müddət sonra Tel-Əviv İncəsənət Muzeyi rəsm və heykəlləri təhlükəsiz anbara köçürməyə başlayıb. İndi əvvəllər geniş ictimaiyyət üçün əlçatan olan rəsmlər, o cümlədən Pablo Pikassonun və Qustav Klimtin əsərləri də bu "sənət bunkeri"ndədir.

Muzeyin kuratorunun köməkçisi Natali Andriyaseviç 7 oktyabr dəhşətini xatırlayır:

"Raketlər dayanmadan atılırdı. Biz isə çox qorxurduq ki, raketlər qalereyaların tavanını yarıb işlərimizə ziyan vursun. Burda Pikassonun bir neçə əsəri var. Adətən onların hamısı bir qalereyada olur və bir-birinin yanında asılır. Burada onlar hələ də bir-birinin yanındadırlar, amma tamam başqa mühitdədirlər".

Muzey salonlarında indi kədərli mənzərə açılır - divarlarında qarmaqlar olan boş qalereyalar və onların yanında əsərləri təsvir edən lövhələr var. İsrail ordusu İran və "Hizbullah"ın mümkün hücumuna hazırlaşır. Əgər təhlükə keçərsə, muzey rəsm və heykəlləri qalereyalara qaytaracaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->