Xəbər lenti

TƏBİB rəsmiləri:
Ölkə 17:29 17.10.2024

TƏBİB rəsmiləri: "Təcili yardım 2026-cı ilə qədər hamının köməyinə çatacaq"

19 iyul 2023-cü il tarixində  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeçiliyində  yaradılan "Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi" Publik Hüquqi Şəxsdə hansı işlər görülməsi ilə bağlı brifinq keçirilib. 

Qaynarinfo-nun məlumatına görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına dair brifinqdə görülən işlərlə bağlı statistik açıqlamalar verib. 

TƏBİB sədri deyib ki, hazırda 42 rayonun təcili tibbi və təxirəsalınmaz yardım stansiyaları Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə birləşdirilib: 

"Gün ərzində yalnız Bakı üzrə təcili və təxirəsalınmaz yardım üçün 2000-2500 çağırış qeydə alınır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Əsassız çağırışlar isə 34 min 968 olub. Bu da müəyyən qədər yüklənmə yaradır. Bu gün Bakı şəhəri üzrə gündəlik olaraq 130-135 ambulans xəttə buraxılır. Ümumilikdə, respublika üzrə təxminən 1000-ə qədər ambulans istismardadır. 2024-cü ilə kimi 349 ambulans alınıb. 17 sentyabr 2024-cü il tarixində "Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb. Eyni zamanda alınacaq avtomobillərdən 5 ədədi tam elektrikli olacaq”.

TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli bildirib ki, 2026-cı ilin sonuna qədər ölkəmizin ambulans parkı tələblərə cavab verən avtomobillərlə əvəz olunacaq. Eyni zamanda ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayı başda olmaqla digər meyarlar da nəzərə alınmaqla artırılacaq. Yeni proqram təminatının istifadəsinə başladıqda 103 Çağrı Mərkəzinin işi yenidən qurulacaq.

TƏBİB-in tabeliyindəki "Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov isə çıxışında təcili tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atıldığını vurğulayıb: 

"Tətbiq ediləcək yeniliklərin Mərkəzin bütün əsas fəaliyyət istiqamətlərini əhatələməsi planlaşdırılır. Burada əsas məqsəd tətbiq ediləcək yeniliklər vasitəsilə operativ fəaliyyətin təşkil edilməsi və eyni zamanda göstərilən xidmətin keyfiyyətinin maksimuma çatdırılmasıdır”.

Ümumilikdə TƏBİB rəsmiləri vətəndaşlara 2026-cı ilə kimi təcili yardımla bağlı problemləri həll olunacaqlarına söz veriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->