Xəbər lenti

Tayvandan Çinə məsləhət:
Dünya 19:42 02.09.2024

Tayvandan Çinə məsləhət: "Rusiyanın XIX əsrdə aldığı torpaqlarınızı geri qaytarın"

"Əgər kommunist Çin ərazi bütövlüyünə o qədər can atırsa, Tayvanı işğal etməyə hazırlaşırsa, Rusiyanın XIX əsrdə ondan aldığı geniş torpaqları geri qaytarmalıdır".

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Tayvanın prezidenti Lay Çinq-tae deyib.

Çin Tayvanı öz ərazisi hesab edir və adanı öz nəzarəti altına almaq üçün güc tətbiq etməklə hədələyir. Bu kontekstdə Çinin separatçı adlandırdığı prezident Lai 1858-ci ildə bağlanan Ayqun müqaviləsini xatırladıb və bu müqaviləyə əsasən Çin o vaxtkı Rusiya imperiyasına Amur çayının şimalında nəhəng bir ərazi verib.

"Çin Tayvanda hər hansı bir şəxsin və ya siyasi partiyanın dediklərinə və ya etdiklərinə görə deyil, Tayvana hücum etmək və onu ilhaq etmək istəyir. Çin ərazi bütövlüyü naminə Tayvanı ilhaq etmək istəmir. Və əgər ərazi bütövlüyü naminədirsə, Rusiyanın işğal etdiyi, Ayqun müqaviləsində yazılmış torpaqları niyə qaytarmasın? Rusiya indi ən zəif vəziyyətindədir. Rusiyadan torpaqları qaytarmağı istəyə bilərsiniz, amma istəmirsiniz. Buj onların Tayvanı işğal etmək istəmədikləri açıq-aydın göstərir", Tayvan lideri bildirib.

Tayvan prezidentinin sözlərinə görə, Çinin adaya potensial hücumunun əsl səbəbi Çinin mövcud qaydalara əsaslanan dünya nizamını məhv etmək və Sakit okeanın qərbində öz hegemonluğunu qurmaq istəməsidir.

1858-ci ildə Rusiya İmperiyası ilə Qin Çini arasında bağlanan Ayqun müqaviləsi iki dövlət arasında sərhədlərin delimitasiyası ilə bağlı idi. Müqavilə bir sıra hərbi atışmalardan və danışıqlardan sonra imzalanıb.

Müqaviləyə əsasən, Rusiya Amur çayının sol (şimal) sahilində əvvəllər Çinə məxsus olan əraziləri alıb. Müqavilə Rusiyanın xeyrinə sərhədi əhəmiyyətli dərəcədə dəyişdirərək ona Sakit okeana çıxış imkanı verib. Xüsusilə, söhbət Rusiya Federasiyasının müasir Amur vilayətinin, Xabarovsk diyarının və Primorsk diyarının hissələrindən gedir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->