Tayvanın builki illik hərbi təlimləri blokadanı yarmaq və Çinin ada ətrafındakı müntəzəm təlimlərindən birini qəfildən faktiki hücuma çevirməsi senarisini simulyasiya etmək üçün dənizdə "məhvetmə zonaları” tətbiq edəcək.
Bu barədə Qaynarinfo "Reuters”ə
istinadən xəbər verir.
Demokratik şəkildə idarə olunan Tayvanı öz ərazisi hesab edən Çin Taypeyə təzyiq etmək üçün son dörd ildir ki, ada ətrafında müntəzəm təlimlər keçirir.
Rusiyanın iki il əvvəl Ukraynaya təcavüzündən bəri Tayvan hansı dərsləri öyrənə və öz təlimlərinə inteqrasiya edə biləcəyini, xüsusən də daha kiçik Ukrayna qüvvələrinin Rusiya ordusunun hücumunu necə dəf edə bildiyini öyrənir.
Tayvan Müdafiə Nazirliyinin birgə döyüş planlaşdırma departamentinin rəhbəri Tunq Çji-sin, Qəzza müharibəsindən də dərslər çıxaracağını bildirib.
Tayvan əsas illik təlimi olan Han Kuang bu ay masa üstü məşqlə başlayır, daxil ediləcək senarilərin sayı nəzərə alınmaqla müddəti beş gündən səkkiz günədək artırılacaq, ardınca iyul ayında real döyüş təlimi keçiriləcək.
Tunq brifinqdə bildirib ki, təlim Çinin qəfil hücuma çevrilən təlimlərindən birinə necə tez cavab veriləcəyini sınayacaq, hərbi planlaşdırıcılar Çin təlimlərinin müntəzəmliyi səbəbindən bundan narahat olmağa başlayıblar.
Tunq bildirib ki, başqa bir məsələ ordunun müxtəlif qollarının Çin blokadasına necə koordinasiyalı cavab verə biləcəyi ilə bağlı olacaq.
Təlimdə dəniz "hücum zənciri" yaratmaq üçün dəniz, hava və sahil mühafizə qüvvələri, sahil gəmi əleyhinə silahlar və pilotsuz təyyarələr iştirak edəcək", - o əlavə edib.
"Bundan əlavə, xarici dünya ilə dəniz və hava əlaqələrinin açıq qalmasını təmin etmək məqsədilə birgə müşayiət əməliyyatları aparmaq üçün dəniz, hava qüvvələri və sahil mühafizə gəmilərindən istifadə edəcəyik", - Tunq deyib.
Nizami Bağırov
Şərhlər