Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə yeni müşavir təyin edilib.
Qaynarinfo bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bankın sədrinin yeni müşaviri təyin edilib.
Qeyd edək ki, R. Məmmədov 2015-2017-ci illərdə "Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində çalışıb.
Onu da qeyd edək ki, Mərkəzi Banın sədri Taleh Kazımovdur.
Şərhlər