"Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) ləğvetmə prosesinə biz nəzarət edirik. Səmimi deyim ki, nəzarət prosesində çatışmazlıqlar var. Hazırda Mərkəzi Bankın daxilində ƏSF ilə sıx işləyərək ləğvetmə prosesinə nəzarət edəcək komanda formalaşır".
Valyuta.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O qeyd edib ki, ƏSF daha çox risk əsaslı təminatların təmin edilməsi yenilikləri üzərində çalışır.
Bankların ləğvetmə prosesində şəffaflıq və hesabatlılıqla bağlı iradlara gəlincə, AMB sədri əlavə edib ki, Mərkəzi Bank səlahiyyətləri çərçivəsində ƏSF-də bankların ləğvetmə prosesində şəffaflığın təmin edilməsini izləyir: "Bizim səlahiyyətimiz nəyə çatırsa, onu izləyirik. ƏSF-nin Himayəçilər Şurasında həmçinin, bizim komandamız var və nəzarət edirik. Nəzarətimiz hesabatlar üzərində keçirilir”.
Şərhlər