Xəbər lenti

Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)
Maqazin 19:06 25.06.2024

Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)

"Bir də görürsən toya pulsuz gedirəm. Ya da 100 manata toya gedirəm".

Bu sözləri müğənni Tacir Şahmalıoğlu "Elgizlə izlə" verilişində deyib. Sənətçi vergi ödəməsindən və toylara getməsindən danışıb:

"Biz də toya gedib, ailə dolandırırıq. Onun da vergisini ödəyirik. Müğənnilərə dəyməyin, biz elin güzgüsüdür. Biz xalq üçün yaşayırıq. Gedib cibimdən pul verib 2-3 minə mahnı yazdırıram. Gedib niyə pulsuz oxuyum? Hərdən gedirəm də. Müğənni toya gedib əziyyət çəkir".

T.Şahmalıoğlu vergi "VÖEN-nin var" sualına "VÖEN-im yoxdur. Amma mənim 1 bədii, 3 sənədli filmim, adım Qızıl Fonddadır. 48 dövlət mənim filmlərimə baxır. Dövlət mənim 5 manatıma möhtacdır? " reaksiyasını verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->