Xəbər lenti

Tacir Şahmalıoğlu:
Maqazin 13:53 16.03.2024

Tacir Şahmalıoğlu: "Məni öldürmək istəyirdilər"

"Məni toyda zəhərlədilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. Müğənni bildirib ki, məqsəd onu səhnədən uzaqlaşdırmaq olub:

"Hadisə 1994-cü ildə baş verib. Məni restoranda zəhərləmişdilər. Toydaydıq, sənətimin, səsimin tanınan vaxtları idi. Gözü götürməyənlər çox idi. Ofsiant çay gətirdi. Görünür kimsə ona tapşırıb ki, bu çayı Tacirə verərsən. Toydan gələndən sonra özümü pis hiss etdim, səsim batdı. Düz iki ay danışa bilmədim".

Tacir Şahmalıoğlu düşmənlərinin çox olduğunu qeyd edib:

"Görün, nə qədər düşmənim olub. Qısqanc insanlar var idi, məqsəd səsimi batırıb, məni səhnədən uzaqlaşdırmaq istəyirdilər. Amma niyyətlərinə çata bimədilər". 

Müğənni həmin şəxsin kimliyini açıqlamaq istəmədiyini vurğulayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->