Xəbər lenti

Siyasət 13:39 21.07.2024

"Süni intellektlə bağlı qanunvericilik bazasının hazırlanması barədə düşünməyin vaxtı çatıb"

Sosial şəbəkə xidmətləri göstərən böyük şirkətlər etik normalara riayət etmək üçün çox səy göstərməkdə, sosial şəbəkələrdə dezinformasiyanın və manipulyasiya elementlərinin qarşısının alınmasında və tənzimləmə mexanizminin tətbiqində maraqlı deyillər.

"Report”un Şuşadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.

"Biz yeni reallıqlarla qarşı-qarşıyayıq. Süni intellektin inkişafı, informasiyanın sosial şəbəkələrdə yayılması zamanı onun imkanlarının tətbiqi ola bilər ki, gələcəkdə, biz bunu artıq bu gün də müşahidə edirik, nizamlanmayan nəticələrə gətirib çıxarsın”, - o bildirib.

H.Hacıyev əlavə edib ki, tərəflər sosial şəbəkələrdə tənzimləmə mexanizminin tətbiqində müsbət nəticə əldə edə bilməsələr, beynəlxalq səviyyədə süni intelleklə bağlı hansısa mexanizmi birgə tətbiq edə bilərlər.

"Bəlkə də süni intellektlə bağlı qanunvericilik, tənzimləyici və ya konvensiya bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb”, - prezidentin köməkçisi vurğulayıb.

H.Hacıyevin sözlərinə görə, bu məsələdə özəl təşəbbüslər var, lakin beynəlxalq səviyyədə bu məsələ ilə bağlı ciddi müzakirələr aparılmır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->