Xəbər lenti

Sulara qərq olmuş
Dünya 21:03 09.10.2023

Sulara qərq olmuş "itmiş qitə"nin sirri - Xəritə tamamlanır...

1820-ci ildə rus donanmasının gəmisində dənizçilər üfüqdə nəhəng bir buz parçası gördülər. Fimbul Buz kütləsi ilə bu ilk qarşılaşma rəsmi olaraq yeni bir qitənin - Antarktidanın kəşfi demək idi.

Qayanrinfo xəbər verir ki, bu, həm də dünyanın əksər xəritələri tərəfindən qəbul edilmiş 7 qitənin müasir ideyasını gücləndirdi. Bu gün ümumiyyətlə dünyanın quru hissələri - Avropa, Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktidaya bölündüyü qəbul edilir.

Bununıa belə, 2017-ci ildə hekayə gözlənilməz şəkildə dəyişir. Bəlkə də 7 qitə modeli əvvəldən səhv idi. Avstraliyanın cənub-şərqində yerləşən və planetin unudulmuş 8-ci qitəsi adlanan və çoxdan itmiş torpaq parçası səhnəyə çıxır. Elm adamları bu "bonus" quru kütləsinin mövcudluğunu çoxdan proqnozlaşdırdılar, lakin onun kəşfi illər çəkir. Və tədqiqatçılar nəhayət onu əhatə edən sirri açmağa başlayır.

Beynəlxalq tədqiqat qrupu bu yaxınlarda bu günə qədər Zelandiyanın ən ətraflı xəritəsini nəşr edib. Xəritə sualtı qitənin bütün beş milyon kvadrat kilometrini əhatə edir. Bundan əlavə, tədqiqat prosesi zamanı alimlər 25 milyon ildir su altında gizlənən bu sirli qitənin necə əmələ gəldiyinə dair mühüm ipuçları tapıblar.


Zelandiyanın xəritəsini çəkmək asan olmayıb, çünki onun 95 faizi dərin sular altındadır (GNS Science)

Zelandiyanın təxminən 83 milyon il əvvəl, Son Təbaşir dövründə meydana gəldiyi düşünülür. Bununla belə, onun səyahəti bugünkü quru kütləsinin çox hissəsini nəhəng bir kütləyə toplayan super qitə Qondvananın parçalanması ilə başlayıb. Bir vaxtlar şimal-qərbdə və cənub-qərbdə yerləşən Qondvana bölgələri müvafiq olaraq Avstraliya və Antarktidaya çevrildikcə, bu dünyanın ən kiçik, ən nazik və ən gənc qitəsi öz-özünə yox olub. Hesablamalara görə, onun bir hissəsi və ya hamısı bir müddət ada kimi mövcud olub və 25 milyon il əvvəl okeanın dərinliklərində itib.

2017-ci ildə elm adamları müxtəlif dəlilləri, o cümlədən tərkibindəki süxurların növləri və qalınlığı ilə bağlı məlumatları bir araya toplayıb və bunun həqiqətən yeni bir qitə olduğunu irəli iddia ediblər. Və əvvəllər təklif edildiyi kimi, bu, sadəcə bir qitə və ya mikrokontinent deyil, 95-i su altında olan həqiqi bir qitədir.

Bununla belə, yeni qitənin kəşfinin həyəcanına və 10 ildən çox intensiv tədqiqatlara baxmayaraq, Zelandiyanın ilkin formalaşması ilə bağlı bir çox təfərrüatlar hələ də sirr olaraq qalır. Bu, qismən Qondvanadan ayrılarkən baş verən çox qəribə bir hadisə ilə əlaqədardır.

Gərgin və çətin bir ayrılıq hekayəsi

2019-cu ildə beynəlxalq alimlər qrupu Cənubi Zelandiyanın geologiyasının xəritəsini tərtib edib. Onların araşdırmaları göstərib ki, Zelandiya bir nöqtədə tektonik hadisələr nəricəsində dartılaraq parçalanıb. Bu qitəni normal kontinental plitələrlə müqayisədə nazikləşdirib və çatlar əmələ gətirib.

Tədqiqatçıların itmiş qitədən çıxarılan qayaların təhlili göstərib ki, uzanma iki mərhələdə baş verib. Birincisi, təxminən 89-101 milyon il əvvəl başlayıb və Avstraliya ilə Yeni Zelandiya arasında Tasman dənizinə çevrilən uçuruma səbəb olub. İkinci mərhələ 80-90 milyon il əvvəl baş verib və Zelandiyanın Qərbi Antarktidadan ayrılaraq Sakit Okeanı əmələ gətirməsinə səbəb olub. Bununla belə, hələ də çoxlu cavabsız suallar var və bu qitənin digər yarısı hələ ətraflı öyrənilməyib.

Və tədricən dibə çöküş


Zelandiyanın ərazisinin 5 milyon kvadratmetr olduğu müəyyən edilib (GNS Elmi)

Yeni araşdırmada qrup Şimali Zelandiyanın xəritəsini çəkib və bu dəfə Zelandiyanın ən şimal ucundan qazılan qayaları təhlil edib. Təxminən 25 milyon ildir bir dəfə də olsun quru gün görməmiş bu antik xarabalıqlar Zelandiya sahillərindəki hövzələrdə əmələ gələn vulkanik və çöküntü süxurlarının qarışığıdır.

Alimlər bu qaya parçalarının kimyasını və onların içindəki radioaktiv izotopları təhlil edərək onların yaşını və mənşəyini təxmin ediblər. Bunlardan ən qədimi Erkən Təbaşir dövrünə (təxminən 130-110 milyon il) aid edilən vulkanik çınqıllardır. Bunun ardınca Son Təbaşir dövrünə aid qumdaşı aşkar edilib (təxminən 95 milyon il). Bazaltlar 40 milyon il əvvəl Eosen dövrünə aiddir.


Avstraliya gəmisi "R/V Investigator" tərəfindən Şimali Zelandiyadan çıxarılan daşlar (GNS Elmi)

Əldə edilən xəritə Zelandiyanı adi bir kütlədən şimal-qərbdən cənub-şərqə uzanan və çoxlu müxtəlif geoloji strukturlara malik bir yerə çevirir. Bütün bunlar Qərbi Antarktidanın geologiyası ilə bir puzzle kimi birləşir və bu bölgə ilə Zelandiyanın bir vaxtlar birlikdə olduğunu təsdiqləyir.

Tədqiqatın növbəti mərhələsində Zelandiya ətrafındakı okean dibində maqnit anomaliyasının ölçülməsi araşdırılıb. Yerin maqnit sahəsindəki bu dəyişikliklər zamanla tektonik plitələrin necə hərəkət etdiyinə dair gizli qeydlər yaradır.

Zelandiya qabığı soyuduqca və nazikləşdikcə batmağa başlayıb və təxminən 25 milyon il əvvəl su altında qalıb. Elm adamları bu araşdırma vasitəsilə qitənin milyonlarla il ərzində uzanması, oriyentasiyasını dəyişməsi, onun ultra nazik qitə halına gəlməsi və nəticədə batmasına səbəb olması haqqında daha çox məlumat əldə edib.

Zelandiyanın sirləri nəhayət ki, üzə çıxmağa başlayır. Bununla belə, bu əsrarəngiz quru kütləsinin əksəriyyəti kilometrlərlə dərinlikdədir və görünür, bunun üçün bir qədər vaxt lazım olacaq.

Mənbə: "BBC Future"
Tərcümə: Qaynarinfo.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->