Xəbər lenti

SOCAR bu bankın səhmlərini almağa hazırlaşır
Ekonomiks 12:11 17.07.2024

SOCAR bu bankın səhmlərini almağa hazırlaşır

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda "Azər-Türk Bank” ASC-nin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.

Məlumat üçün bildirək ki, hazırda nizamnamə kapitalı 50 milyon manat olan "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə, 12,4%-i Türkiyənin "Ziraat bank”ına, 5,5%-i "AzRe Reinsurance” şirkətinə, 5%-i "Qala Həyat” şirkətinə, 1,1%-i isə "Ziraat Bank İnternational”a məxsusdur.

Qeyd edək ki, bu ilin ilk yarısında "Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 7 milyon 152 min manat olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->