Slovakiyanın baş naziri Robert Fiko hesab edir ki, Rusiya heç vaxt Krımı və Donbası Ukraynaya qaytarmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Dennik N” nəşri yazır.
Fikonun sözlərinə görə, Ukrayna məsələsində ərazi bütövlüyü prinsipinin tanınması yalnız beynəlxalq hüququn nəzəriyyəsidir və istənilən sülh baha başa gələcək və rusiyalılar hərbi baxımdan faydalanacaqlar.
"Beynəlxalq hüquq nöqteyi-nəzərindən hər birimiz başqa ölkənin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanıyırıq, bu, beynəlxalq hüququn yaxşı nəzəriyyəsidir, amma ruslar heç vaxt Krımı verməyəcəklər, Donbass və Luqanskdan heç vaxt getməyəcəklər”, deyə Slovakiyanın baş naziri bildirib.
O, həmçinin Ukraynanın Rusiya Federasiyası ilə qarşıdurmada hərbi potensiala və hərbi gücə malik olmadığı fikrini ifadə edib.
"Bunun hərbi həlli yoxdur və heç vaxt da olmayacaq. Hər iki tərəfdə daha 100 min ölü olacaq. Kömək edə biləcək yeganə şey NATO-nun müdaxilə etməsidir, bu isə Üçüncü dünya müharibəsidir”, deyə Fiko bildirib.
Slovakiyanın baş naziri yenidən Ukraynada hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olduğunu bildirib və qeyd edib ki, danışıqlar iştirakçıları, məsələn, Şərqi Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərə xüsusi statusun verilməsini təklif edə, sonra isə onların gələcəyi ilə bağlı referendum keçirə bilərlər.
Nizami Bağırov
Şərhlər