Xəbər lenti

Sevgilisinin qohumlarından qaçan gənc qonşu ölkəyə keçdi
Dünya 23:15 02.09.2024

Sevgilisinin qohumlarından qaçan gənc qonşu ölkəyə keçdi

Hindistan-Pakistan sərhədində sevgilisinin qohumlarından qaçaraq Hindistan ərazisinə keçmək məcburiyyətində qalan 20 yaşlı pakistanlı gənc saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "News9Live" yazıb.

Nəşr bildirir ki, özünü Caqsi Koli kimi təqdim edən gənc avqustun 24-də Racstan ştatının Barmer şəhərində sərhədçilər tərəfindən tutulub. O, sərhədi qanunsuz keçdiyi üçün saxlanılaraq dindirilmək üçün yerli polisə təhvil verilib. Saxlanılan şəxs Hindistan sərhədindən 7 kilometr aralıda yerləşən Goramari kəndindən 17 yaşlı sevgilisinin ailəsi onların görüşdüyünü bildikdən sonra qaçdığını etiraf edib.

Gənc sevgilisinin qohumlarının ona zərər verə biləcəyindən qorxaraq kəndi tərk edib. Caqsi yolunu azaraq Pakistanla sərhəddən 15 kilometr aralıda yerləşən Hindistanın Jadpa kəndində qalıb. Pakistanın Tharparkar rayonuna necə çatacağını soruşduqdan sonra yerli sakinlər onu bağlı sərhəd xidmətinə təhvil veriblər. Saxlanılan şəxsdən iki sim kart olan mobil telefon və gündəlik götürülüb.

Dindirilmə zamanı pakistanlı bildirib ki, sevgilisini onunla birlikdə qaçmağa dəvət edib, lakin qız qaçmağa cəsarət etməyib. Bu səbədən qızdan inciyib və intihar etməyə çalışıb, lakin sevgilisinin ailə üzvlərinin onu təqib etdiyini anlayanda sağ qalaraq qaçmaq qərarına gəldiyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->