"Sülh sazişi çərçivə sənədidir".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrəvanla Bakı arasında sərhədlərin müəyyənləşməsinin sülh sazişindən ayrıca həll edilə biləcəyilə bağlı fikirlərini şərh edərkən deyib.
Ekspert bildirib ki, indiki postkonflikt mərhələsində tərəflərin sərhədə baxışları fərqlənir:
"Ona görə də onlar bu məsələni danışıqlar yolu ilə həll edə bilərlər. Sonra da danışıqların tərkib hissəsi olan texniki proses də başlamalıdır. Bu, delimitasiya və demarkasiya prosesidir. Bu da uzun müddət aparan proseslərdir. Başa düşməliyik ki, sülh sazişi əslində çərçivə sənədidir. Burada tərəflərin postkonflikt dövrünə aid danışıqları hansı prinsiplərə uyğun aparacağları göstəriləcək. Təbii, prinsip olaraq ərazi bütövlüyü tanınmalıdır. Lakin indiki mərhələdə bu məsələnin sülh yolu ilə həllini tərəflər bu sazişdə bəyan edəcəklər".
Qeyd edək ki, "Reuters” agentliyinin məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Londonda olarkən Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaqda hər hansı bir ciddi manelər görmədiyini deyərək, sərhədlərin müəyyənləşməsi məsələsinin isə ayrıca olaraq həll edilə biləcəyini bildirib.
Rüfət Sultan
Şərhlər