"Təcavüzkarlar", "qəsbkarlar", "işğalçılar" - biz bu gün çox şey eşitdik.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Lavrov jurnalistlərə deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Ukraynadakı müharibəyə münasibətini sərt tənqid edib.
O, Rusiyanın rəqiblərini qlobal iqtisadi problemləri həll etmək şansını itirdiklərinə görə danlayıb:”Müzakirə zamanı Qərb tərəfdaşları "Böyük 20-lər”in mandatına əməl etmək və dünya iqtisadiyyatı ilə bağlı məsələlərlə məşğul olmaqdan yayındılar".
S. Lavrov vurğulayıb ki, əgər Qərb Ukraynanın Rusiyanı məğlub etməsini istəyirsə, o zaman Qərblə danışılası heç nə yoxdur, bu, Kiyevin sülh razılaşması əldə etməyinə mane olur.
Nurlan Hüseynov
Şərhlər