İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı bu gün səhər saatlarında püskürüb.
Qaynarinfo ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması üzrə Milli Agentliyinə istinadən xəbər verir ki, vulkan 1,5 km yüksəkliyə kül püskürür.
Təbii fəlakətə görə yaxınlıqdakı insanlar evakuasiya edilib.
Semeru bölgəsində təhlükə səviyyəsi dörd ballıq şkala üzrə maksimuma qaldırılıb. Yaxınlıqdakı bir neçə kəndə vulkan külü düşüb.
Xatırladaq ki, sonuncu dəfə Semeru vulkanı düz bir il əvvəl - dekabrın 4-də püskürüb. O zaman 50-dən çox insan ölüb.
Qeyd edək ki, Semeru Yava adasının ən hündür zirvəsidir. Ümumiyyətlə isə İndoneziyada 130-a yaxın aktiv vulkan var.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər