Xəbər lenti

“Semaşko”nın baş tibb bacısı dələduzluq edirmiş - 10 min ver, “ASAN Xidmət
Ölkə 17:15 14.02.2023

“Semaşko”nın baş tibb bacısı dələduzluq edirmiş - 10 min ver, “ASAN Xidmət"də işlə...

"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” (Semaşko) publik hüquqi şəxsində baş tibb bacısı işləmiş qadına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1973-cü il təvəllüdlü Çimnaz 2011-ci il tarixdən 1 iyul 2021-ci ilədək "Semaşko"da baş tibb bacısı vəzifəsində işləyib. Bu müddətdə o, öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa "Eldəniz” adı ilə məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında cinayət əlaqəsinə girərək dələduzluq edib. 

Əli adlı şəxsin Həyat adlı qızı üçün iş axtarışında olduğunu bilən Çimnaz ona heç bir səlahiyyəti olmadığı halda dövlət qurumlarında çalışan müəyyən şəxslərin əlaqələrindən istifadə etməklə 5 saylı "ASAN Xidmət" mərkəzinə işə düzəltməyə kömək edəcəyinə dair vəd verib. Bunun qarşılığında isə Əlidən 10.000 manat pul alıb.

Bundan başqa Zemfira (şərti) adlı qadını Bakı şəhərində fəaliyyət göstərən təcili tibbi yardım şöbələrindən birinə tibb bacısı vəzifəsinə işə düzəldəcəyinə dair vəd verərək, "Semaşko"nun inzibati binasında ondan 1500 manat, ümumilikdə isə ondan 5500 manat nağd pul alıb. 

Zərərçəkmişlər aldandıqlarını bildikdən sonra Çimnaz barəsində məhkəməyə müraciət ediblər. Onun digər şəxslərə qarşı da dələduzluq etməsi istisna edilməyib. 

Məhkəmənin qərarı ilə Çimnaz Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->