Xəbər lenti

Ölkə 18:16 29.03.2023

"Sədərək"də sahibkarın 30 min manatını oğurlayan şəxs məhkəmə qarşısında

Ötən ilin noyabr ayında "Sədərək” Ticarət Mərkəzində sahibkar Şakir Ağayevi döyərək, 30 min manat pulunu oğurlayan şəxsin istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən Əmənov Elnur Taleh oğlu Cinayət Məcəlləsinin 181.3.3 maddəsi ilə təqsirli ittiham olunur. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək məhkəməyə hazırlıq prosesi aprel ayının 6-na təyin edilib. 

Qeyd edək ki, noyabrın 11-də 31 yaşlı Elnur Əmənov ticarət mərkəzində mağaza işlədən sahibkar Ağayev Şakir Fərhad oğlunu izləyib. İş gününün sonunda ətrafda kimsənin olmadığı vaxt mağazaya basqın edib. Biznesmenin baş nahiyəsinə təsərrüfat qayçısı ilə zərbələr endirən Elnur Əmənov mağazadakı 30 min manat pulu götürərək uzaqlaşıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->