Xəbər lenti

Səbuhi Məmmədli xəstəxanadan çıxır
Ölkə 12:20 22.12.2022

Səbuhi Məmmədli xəstəxanadan çıxır

Ağır əməliyyat keçirən tanınmış jurnalist Səbuhi Məmmədli bu gün xəstəxanadan evə buraxılacaq. 

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Jurnalist deyir ki, həkimlər müalicənin ev şəraitində davam etdirilməsini tövsiyyə edir:

"Şükürlər olsun, vəziyyətim yaxşıdır. Həkimlər bu gün məni evə yola salacaq. Çətin günlər arxada qaldı, böyrəklərimdə problem var, onu da müalicə etdirməliyəm”. 

Səbuhi Məmmədli deyir ki, sağlıq durumunda bir problem olmasa, gələn ildən işə çıxacaq:

"Bütün dostlar sağ olsun, tanıdığım, hətta tanımadqılarım da mənə baş çəkib, vəziyyətimi soruşdular, heç özüm də bu qədər mehriban münasibət gözləmirdim. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, jurnalist Səbuhi Məmmədlinin səhhətində problem yaranıb. Xəstəxanaya yerləşdirilən jurnalist əməliyyat olunub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->