Təcrübə proqramı çərçivəsində İspaniyada olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə bir araya gələn mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya uyğunlaşması barədə təcrübələri ilə tanış olub.
Samir Abasov səfər çərçivəsində həmçinin "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək, fikir mübadiləsi aparıb. Azərbaycanlı mütəxəssis ötən gün əsas komandanın məşqini izləyib.
Şərhlər