Yerli mebel şirkəti olan "Embawood” məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Abdullayev Anar Şamil oğlu şəxsdir. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
Anar Abdullayev "Embawood” şirkəti ilə yanaşı "Emba Finans” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində iddia qaldırıb.
İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyasının qərarı Anar Abdullayevi qane etmədiyindən o, apellyasiya şikayəti verib.
"Embawood” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3250 manatdır. Şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.
Elşad Abbasov şirkətdə əsas pay sahiblərindən biridir. O, bir müddət "Embawood”un baş direktoru vəzifəsində çalışıb. 2016-c ildə bu vəzifədən istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
"Embawood” şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun "Embawood” şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də "Emba Finans” QSC-nin əsas səhmdarlarıdır.
Məşhur Məmmədov 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən mandat qazanıb.
"Embawood” və "Emba Finans” barəsində məhkəmə iddiası qaldıran Anar Abdullayevə gəlincə, "LinkedIn" sosial media paltformasında ona məxsus hesabda "Embawood”da texnoloq işlədiyi qeyd edilib.
Ehtimal etmək olar ki, şirkət Anar Abdullayevlə bağladığı əmək müqaviləsini pozub. Bu baxımdan vətəndaş məhkəməyə müraciət etməli olub.
Seyid
Şərhlər