Xəbər lenti

Sabiq deputatın holdinqi yenidən məhkəmə qarşısında - Hansı qaydanı pozub?
Ekonomiks 14:02 13.06.2024

Sabiq deputatın holdinqi yenidən məhkəmə qarşısında - Hansı qaydanı pozub?

Milli Məclisin IV çağırış deputatı olmuş Əsabil Qasımova məxsus "Karat Holdinq" MMC barəsindəki inzibati işlə bağlı məhkəmə başlayır. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati iş başlayıb. 

Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İyunun 25-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas Rauf Daşdəmirovun sədrliyi keçiriləcək. 

"Karat Holdinq" MMC 14 may 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 450 manat olan şirkətin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur. İqdam Umudov Əsabil Qasımovun qaynıdır. 

Mediada gedən məlumatlara görə, Əsabil Qasımovun "Karant Holdinq" MMC-dən başqa aşağıdakı şirkətləri var:

- "Karat" MTK
- "İdeal” MMC
- "Azİnvest” Tikinti Şirkəti
- "Everest-M”
- "Şin Servis”
- "Karmen” MMC (Un dəyirmanı)
- Hökməli Makaron Fabriki
- Hökməli Kisə Fabriki
- "ASTE”L MMC (Quşçuluq fabrikləri)
- Gəncədə "Fatoğlu” un dəyirmanı
- Bakıda "Marina Plaza” oteli
- Bakıda "Premium” market

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->