"Sabah keçiriləcək seçkilərlə bağlı 4 ay bundan əvvəl dediyimi sözlərdə qalıram".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
O, bu parlamentə yeni bir və ya iki partiyanın düşməsini mümkün sayır:
"Onlardan biri Azərbaycan Milli İstiqlal Partiyasıdır (AMİP). İkincisi ilə bağlı söz demək çətindir, adlar dəyişə bilər. Amma bir partiyanın parlamentdə təmsil olan üzvlərinin sayının artacağını düşünürəm. 2020-ci ildə keçirilən formalaşan parlamentin tərkibinin sentyabrın 1-də keçiriləcək seçkidə dəyişəcəyinə inanmıram. Hər şey olduğu kimi qalacaq, ola bilsin 15-20 deputat dəyişdi".
Siyasi şərhçi təbliğat kampaniyası səsli-küylü keçən dairələrin nəticələrinin ləvğ olunacağı ilə bağlı gəzən söhbətləri şaiyə hesab edir:
"Səsli-küylü dairələr olmayıb. Heç bir dairənin nəticəsinin ləvğ olunmasını gözləmirəm".
Qeyd edək ki, VI çağırış Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası 70, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası 1 deputatla təmsil olur. 41 deputat isə heç bir siyasi partiyanın üzvü deyil.
Bahar Rüstəmli
Şərhlər