Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi "Bazel" ilə qarşılaşacaq.
İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.
Qeyd edək ki, iki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə "Braqa” (Portuqaliya) – "Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
Şərhlər