Heydər Əliyev Mərkəzinin parkında Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert təşkil olunacaq
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, mayın 27-də saat 18:00-da başlayacaq proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif çıxış edəcəklər. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək.
Konsert proqramına giriş ödənişsizdir.
Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakıda qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən turnirə 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması da nəzərdə tutulub. Yarış 29 may - 4 iyunda Bakı Kristal Zalında gerçəkləşəcək.
Şərhlər