Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya Vahid Milli Hərəkat Partiyasının (UNM) keçmiş lideri Nika Melia ilə birlikdə Axali Partiyasını (Gürcü dilindən tərcümədə - Yeni) təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" agentliyi məlumat yayıb.
"Saakaşvilinin vəkili və müxalif "Mtavari Arkhi" telekanalının təsisçisi Nika Qvaramiya Vahid Milli Hərəkatın keçmiş lideri Nika Melia ilə birləşib. Onlar birlikdə bu gün Axali Partiyasını təqdim ediblər", deyə agentliyin məlumatında bildirilir.
Qeyd olunur ki, partiya oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Aydın
Şərhlər