Müxalif Avropa Gürcüstanı Partiyasını tərk edən Qiqa Bokeriya və həyat yoldaşı Tamar Çerqoleyişvili Gürcüstanda keçiriləcək parlament seçkilərinə bir ay qalmış Federalistlər adlı yeni partiyanı təqdim edərək etiraz aksiyası keçiriblər.
Qaynarinfo xəbər verir ki, Bokeriya və Çerqoleyşvili avqustun əvvəlində "Avropa Gürcüstanı"ndan ayrıldıqlarını elan ediblər. Onların fikrincə, partiyanın bəzi aparıcı fiqurları seçilmiş kursdan yayınmağa qərar verib.
Onlar təsis qurultayı sentyabrda keçirilməsi nəzərdə tutulan yeni partiyanın loqosunu ictimaiyyətə təqdim edib. Çerqoleyişvili partiyanın adının seçilməsinin səbəbi barədə də danışıb və seçkilərlə bağlı suallara cavabların sentyabrda veriləcəyini açıqlayıb:
"Bu, bizim işləməyimiz üçün düzgün sistemdir. Federalizm dövlət quruluşu deyil, insanın həyatının, onun bacarıqlarının və qabiliyyətlərinin xüsusi qiymətləndirildiyi güc balansı yaradan bir sistemdir"
Siyasətçi qeyd edib ki, insan həyatının dəyərli olması, insanların yaşamaq və azadlıq hüququnu həyata keçirə bilməsi üçün dövləti ləğv etmək, güclü vətəndaşlar üzərində qurulacaq yeni respublika qurmaq lazımdır.
Onun sözlərinə görə, hazırda müxalifətdə gedən proseslər kifayət deyil və "Gürcü Arzusu"nun məğlubiyyətinə zəmanət vermək üçün daha çox şey lazımdır:
"Seçkilərə getməzdən əvvəl gürcü xalqı rejimi məğlub etdiyini hiss etməlidir".
Eyni zamanda, Çerqoleyşvili deyib , siyasətçilər bir qayda olaraq, təkbaşına təşkil olunan bu cür aksiyaları planlaşdırmırlar, lakin küçədə resurslar varsa, partlayış baş versəsi üçün mümkün olan hər şeyi etməlidirlər.
Qiqa Bokeriya Gürcüstanın ən nüfuzlu siyasətçilərindən və Mixail Saakaşvilinin hakimiyyətə gəlməsinin təşkilatçılarından biri olub. 2008-2010-cu illərdə Gürcüstan xarici işlər nazirinin birinci müavini vəzifəsini tutub. 2010-cu ilin noyabr ayından etibarən Bokeriya Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.
2016-cı ildə Saakaşvili ilə fikir ayrılığına görə o, qurduğu partiyanı tərk edib və həmfikirləri ilə birlikdə Avropa Gürcüstanı - Azadlıq Hərəkatı Partiyasını yaradıb, 2021-ci ildə isə partiyaya rəhbərlik edib.
Aydın
Şərhlər