Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həkimlər müvafiq tövsiyə verdikdən sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
"Həkim tövsiyəsi olduqda, o Saakaşvili cəzaçəkmə müəssisəsinə qaytarılacaq", deyə fürcü nazir bildirib.
Onun sözlərinə görə, siyasətçi təkcə həbsdə olduğu üçün deyil, həm də Ukrayna vətəndaşı olduğu üçün ölkədə gələcək seçkilərdə iştirak edə bilməyəcək:
"Saakaşvili deyir ki, o, ukraynalıdır və bu, təsdiqlənmiş faktdır. Bu şəxsin Gürcüstanda siyasi fəaliyyətə, siyasi partiya üzvlüyünə haqqı yoxdur, unutmayın", deyə Breqadze bildirib.
O əlavə edib ki, Saakaşvilinin özü Gürcüstan vətəndaşlığından imtina edib və prezidentliyindən sonra Ukraynaya gedib. Breqadze vurğulayıb ki, o, keçmiş ali baş komandanın necə belə bir addım atıb ölkəsindən imtina etdiyini başa düşmür.
Qeyd edək ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib, Vahid Milli Hərəkat növbəti seçkilərdə qalib gəlsə, siyasətçinin baş nazirliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.
Aydın
Şərhlər