Xəbər lenti

Ruslar Donbasda daha bir yaşayış məntəqəsini ələ keçirdilər -
Dünya 12:57 27.07.2024

Ruslar Donbasda daha bir yaşayış məntəqəsini ələ keçirdilər - "DeepState"

Rus işğalçıları Volçye (Donetsk vilayəti) kəndini işğal edərək Yasnobrodovkaya qədər irəliləyə bildilər.

Qaynarinfo xəbər verir ki, düşmənin irəliləyişləri Jelannoye və Dibrova ərazilərində də qeydə alınıb. Bu haqda "DeepState" analitikləri "Telegram"da bildiriblər. "Düşmən Volçyeni ələ keçirib...”, deyə kanal qeyd edir.

Mütəxəssislər həmçinin döyüşlərin yeni xəritəsini göstəriblər ki, bu da Volçi yaxınlığında rəqiblərin beş istiqamətdə irəliləməyə çalışdığını göstərir.
Ruslar uzun müddətdir ki, Donbas ərazisinin bəzi hissələrində fəal şəkildə irəliləməyə çalışırlar. Ukrayna əsgərləri rəqiblərindən sayca az olmalarına baxmayaraq, işğalçıları saxlamağa çalışır və onlara ciddi itkilər verirlər. 

İyulun 24-də DeepState iddia edib ki, işğalçılar Donetsk vilayətində yerləşən Pesçanoye kəndini işğal edə biliblər. Daha sonra Almaniyanın Bild nəşrinin analitiki Julian Repke xəbərdarlıq edib ki, USQ əsgərləri Toretsk şəhəri yaxınlığında qaynar qazana düşə bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->