Rusiya Ukraynanın cənub şəhəri Odessada hərbi aeradromu bombaladığını açıqlaylb.
Qaynarinfo "Reuters” istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında
deyilir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, raket zərbələri Ukraynaya avropalı və amerikalı tərəfdaşları tərəfindən göndərilən dronlar, raketlər və silah-sursatı məhv edib.
"Yüksək dəqiqlikli "Oniks" raketləri Odessa bölgəsində xarici silahların daşındığı hərbi hava aeradromunun logistika mərkəzini vurub. Avropa və Amerikadan gətirilən "Bayraktar TB2" dronları, raketlər və silah-sursatın olduğu anqar məhv edilib”, deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Rusiya raket və artileriya zərbələri idarə etmə mərkəzi, silah-sursat anbarı və S-300 raket sistemləri daxil Ukraynada digər hərbi hədəfləri də vurduğu bildirilir.
Nurlan Hüseynov
Şərhlər