Xəbər lenti

Rusiya mərkəzi kanalında Ukraynaya qarşı qeyri-insani çağırış edildi
Dünya 12:32 08.06.2023

Rusiya mərkəzi kanalında Ukraynaya qarşı qeyri-insani çağırış edildi

Xerson vilayətinin su altında qalmasından sonra Rusiya dövlət kanalları açıq şəkildə Kiyevi su altında qoymaq üçün Kiyev SES-in bəndinin dağıdılmasını tələb edir. Həmçinin Rusiya televiziyası Ukraynanın azad edilmiş ərazilərində insanların dinc həyata qayıtmasından hiddətlənib.

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.

Belə ki, Rusiya federal kanalının studiyasına dəvət olunmuş, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru, "ekspert” kimi təqdim edilən istefada olan general Yevgeni Bujinski Ukraynadan dağıdılmış Kaxovka SES-ə görə "qisas almağı” təklif edib. 

"Madam ki, artıq su elektrik stansiyalarının dağıdılması məsələsinə gəlinib, bəlkə də bu "şəlalə”nin başlanğıcına - Kiyev su elektrik stansiyasına daha yaxından nəzər salmağa dəyər? Orada gözəl bir su anbarı var, Kiyevdən bir qədər yüksəkdir. Fikrimcə, dörd kilometr kub su. Mən bu barədə düşünərdim ", - "ekspert" deyib.

Verilişin aparıcısının Rusiyanın Kiyev SES-i dağıtmaqla nəyə nail olacağı ilə bağlı sualına Bujinski deyib ki, Kaxovka SES-in dağıdılmasına görə ukraynalılara "cavab vermək lazımdır” və bu olaya görə Rusiya təbliğatı Ukraynanı ittiham edib.

Bundan əlavə, Bujinski rus işğalçılarının payızda qovulduğu Xarkov vilayətində Rusiya Federasiyasının sərhədyanı rayonlarında müharibənin getdiyi bir vaxtda insanların dinc həyat sürməsindən hiddətlənir. Buna görə də istefada olan general yenidən "Xarkov vilayətinə getməyə” çağırır.

"Onlar artilleriya qoyurlar və sadəcə olaraq sərhəd şəhərlərimizi məhv edirlər. Heç bir hərbi qurğu olmadan, sadəcə olaraq mülki infrastrukturu məhv edirlər. Yaxşı, biz nəyik, niyə belə deyək, Papadan müqəddəs olmalıyıq?" - o, ukraynalıları məhv etmək çağırışını bu şəkildə müdafiə edir.

Xatıaladaq ki, Rusiyanın Belqorod vilayətinin sərhəd rayonlarında uzun müddətdir, Ukraynanın dəstəklədiyi rus üsyançılarla Rusiya hökumət qüvvələri arasında atışmalar gedir. Vaxtaşırı hökumət qüvvələri sərhəd yaşayış məntəqələrinə nəzarəti itirir.

Ukrayna hakimiyyəti artıq hökumət qüvvələrinin üsyançıları məhv etmək üçün öz kəndlərini atəşə tutduğu Belqorod vilayətindən olan qaçqınların qəbulu ilə bağlı müraciətlərə baxmağa hazır olduqlarını bildirib.
 
Videonu BURDAN izləyə bilərsiniz.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->