Ukrayna Rusiyadan mühasirəyə alınmış Mariupoldan iki humanitar dəhliz açmağı tələb edib: biri "Azovstal” zavodu ərazisindən, digəri şəhərin özündən. Belə bir xahişlə Vladimir Putin və Roma Papası Fransiskə də müraciət ünvanlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın "İl Messaggero” qəzeti
yazıb.
Nəşr qeyd edib ki, Vatikan "Azovstal” mülki əhalinin Papa bayrağı altında gəmi ilə təxliyyə edilməsinə icazə verilməsi xahişi ilə üç dəfə Kreml rəhbərinə müraciət etsə də, rədd cavabı alıb.
Bildirilir ki, Vatikan indi "Azovstal"dan insanların evakuasiyasını təşkil etmək üçün gələcək cəhdlərə bədbin yanaşır, lakin "diplomatiya və çoxtərəfliliyin bu sahəsində işi davam etdirməkdə israrlıdır, əks halda müharibə Ukrayna uşaqlarını öldürməkdə davam edəcək”.
"Azovstal"da vəziyyət necədir?
Mariupol artıq iki aydır ki, Rusiya qoşunları tərəfindən blokadadadır. Ruslar şəhərə artilleriya və hava zərbələri endirməyi davam etdirir. Həm mülki, həm də hərbçilərin yerləşdiyi "Azovstal" polad zavodu praktiki olaraq dağıdılıb. Müdafiəçilər şəhərin siyasi və ya hərbi yolla azad ediləcəyinə ümid edirlər.
Qeyd olunur ki, "Azovstal”da azı 2 min mülki şəxs var. İnsanlar ağır vəziyyətdədir, dərman yoxdur, su və yeməklə bağlı fəlakətli vəziyyət yaranıb.
Bir gün əvvəl Ukrayna Rusiyaya "Azovstal" divarları yaxınlığında danışıqların xüsusi raundunu keçirməyi təklif etsə də, "yox" cavabı alıb.
Aydın
Şərhlər